Şəki rayonunda sənaye inkişaf edir

nkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir cəmiyyətin davamlı sosial-iqtisadi inkişafı və yeniləşməsi, dünya birliyinə inteqrasiyası, yeni iqtisadi münasibətlərin formalaşması yalnız çoxmülkiyyətli bazar iqtisadiyyatı, azad rəqabətin üstünlük təşkil etdiyi şəraitdə mümkündür. Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmışdır.

Məlum olduğu kimi, dövlət başçısı cənab İlham Əliyevin fərmanı ilə növbəti mərhələdə ölkəmizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Hər bir ilin konkret sahənin adı ilə bağlanması, o istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsi bir daha bu həqiqəti ortaya qoyur ki, hərtərəfli inkişaf Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir.

Azərbaycanın bütün bölgələri inkişaf edir. Bu bölgələrdən biri də Şəki rayonudur. Şəki rayonunun sənayesi əsasən toxuculuq sənayesi, qida məhsulları, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, eləcə də qazın bölüşdürülməsi və suyun yığılması, təmizlənməsi və paylanması, tikinti materialları – çınqıl, beton və kərpic istehsalı kimi sahələri əhatə edir.

Hazırda rayonda 16 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunlarında 9-u kiçik müəssisədir.

2016-cı ilin I rübündə Şəki rayonun sənaye sahəsində 5210,2 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2015-ci ilin I rübün göstəricisindən 323,4 min manat çoxdur.

İqtisadi fəaliyyət növlərinin təsnifatına uyğun olaraq sənayenin emal bölməsində 861 min manatlıq, elektrik enerjisi, qaz və su təchizatı bölməsi və sair bölmələrdə 4349,2 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Şəki rayonunun sənaye sahəsində fəaliyyət göstərən kiçik müəssisələr tərəfindən 2016-cı ilin I rübündə 151 min manatlıq sənaye məhsulu istehsal edilmiş, xidmətlər göstərilmişdir. Bu da hesabat dövründə rayon göstəricisinin 2,9 faizini təşkil edir. Suyun təmizləməsi və bölüşdürülməsi bölməsi üzrə istehlaçkılara verilən suyun göstəricisi 2016 cı ilin I rüb 388,6 min kub metr təşkil etmişdir ki, bu da ötən ilin I rübünün göstəricisindən 4,8 min kub metr çoxdur. 2016-cı ilin I rübündə Şəki rayonunun qazla təchizatında 965,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin I rübündən 92,9 min manat çoxdur. 2016-cı ilin I rübündə Şəki rayonunun sənaye sahəsində çalışan işçilərin orta sayı 1518 nəfər, sənaye sahəsində çalışan işçilərə hesablanmış əmək haqqı fondu isə 923,1 min manat olmuşdur. Fikirlərimi cənab Prezitenimiz İlham Əliyevin sözləri ilə yekunlaşdırıram: “Bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan müasir, dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir”.

Alqayıt Quliyev, Şəki Şəhər Statistika İdarəsinin aparıcı məsləhətçisi

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment