Zaqatalada fındıqçılıq inkişaf edir

Zaqatala əhalisinin əsas məşğuliyyət sahələrindən biri də fındıqçılıqdır. Rayonda fındığa qulluq mərhələli şəkildə aparılır. Məhsul yığılıb qurtardıqdan sonra budama işinə başlanılır. Buna təxminən noyabr ayının sonundan start verilir. Bağbanlar deyirlər ki, cavan bağlar 3 ildən, yaşı çox olan ağaclar isə 2 ildən bir budanmalıdır. Hər il budama işi aparan bağ sahibləri də var.

Budama zamanı daha çox yoğun, qurumuş budaqlar və təzə çıxan pöhrələr kəsilir. Ona görə ki, ağaca verilən gübrə və suyu digər bar verən budaqlar özünə götürsün.

Fermerlər bağlara gübrə əvəzinə, daha çox peyin tökürlər. Səbəbini isə peyinin gübrədən daha keyfiyyətli olması ilə əlaqələndirirlər.

Son vaxtlar fındıqçılıq Zaqatalada ən çox inkişaf etdirilən sahələrdəndir. Bu sahəni inkişaf etdirmək üçün ötən il 84 hektar yeni bağ salınıb. Bu il də yeni bağların salınması nəzərdə tutulur.

Rayonda 9501 hektar fındıq bağı var ki, ondan 8511 hektarı bar verəndir. Ümumilikdə Zaqatalada bu sahənin inkişafına son illər xüsusi diqqət yetirilir. Bunun nəticəsində rayonda təsərrüfatların sayı 25 minə çatdırılıb. Sahibkarlar da ağac əkən zaman onun növünə diqqət yetirirlər. Çünki yaxşı sortdan həm yüksək, həm də keyfiyyətli məhsuldarlıq əldə etmək olur. Ona görə də əhali əkəndə bu növə üstünlük verir. Sahibkarlara isə Rusiyadan, Almaniyadan, Hollandiyadan sifarişlər gəlir.

Ruslan Abdulov, Zaqatala

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment