AŞ PA prezidenti İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayır

“İnsan haqları müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıram”.

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt şəxsi “Twitter” səhifəsində yazıb. O, İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışladığını bildirib: “Hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram. Bu, doğru addımdır. Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir”.

Qeyd edək ki, bu gün Ali Məhkəmə Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin 5 il şərti cəza ilə azadlığa buraxılması barədə qərar qəbul edib

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment