Kasıblar qadağan olunan çimərliklərə üz tutur
Xəzərin sahili işbazlar tərəfindən zəbt olunub, paytaxt sakinləri şikayətlənir, amma eşidən yoxdur
Şıx çimərliyində yerləşən “Dostluq”, “Aysberq”, “Ramada”, “Ay işığı” otel və istirahət mərkəzləri kimlərə məxsusdur?
İyunun 6-dan Bakı çimərlikləri dəniz sevənlər üçün açılıb. Amma bəzi çimərliklərin “özəlləşdirilməsi”, dənizin ekoloji durumu istirahət üçün çimərliklərə gedənlərin seçim imkanını daraldır. Odur ki, şəhərə ən yaxın və illərdir ən çirkli çimərlik sayılan Şıx çimərliyinə gələnlər çoxalır. Çünki pulsuz çimərlik yalnız buradır. Bu da Şıx çimərliyinin sahil zolağının kiçik bir hissəsinə aiddir. Ona görə ki, orda xüsusi xidmət sahələri-otellər, yeməkxanalar, istirahət mərkəzləri yaradılır ki, onların ərazisinə daxil olmaq ödənişlidir.
Bir neçə ildir bu çimərlikdən hər mövsümdə reportaj hazırladığım üçün deyə bilərəm ki, ötən illərlə müqayisədə bu il Şıx çimərliyinin sahil zolağı təmizdir. Sən demə icra hakimiyyəti bu il Bakıda keçirilən “Formula 1” yarışından öncə sahildə iməcilik işlərini  həyata keçirdib. Təmizlik işlərindən sonra Şıx çimərliyinə yenidən “Çimmək qadağandır” və “Ərazini zibilləməyin” elanı vurulub. Amma görünən odur ki, ay başa çatmamış buraya istirahət etməyə gələn şəxslər yediklərini elə burda da qoyub gediblər. Çimərlik sahəsində su qablarına və qarpız qabıqlarına tez-tez rast gəlinir. Burada zibil qabı isə yalnız bir yerdə – çimərlik sahəsinin giriş hissəsindədir. Sahildə polis post-patrul xidmətinin əməkdaşları mütəmadi olaraq müşahidə aparırdılar.
“Paytaxt əhalisinin sərinləmək üçün üz tutduğu yer məhz çimərlikdir, dəniz sahilidir. Dəniz olmasaydı, inanmıram ki, Abşeron torpağında yaşayış mümkün olardı. Bakı əhalisi həmişə havalar isti olan kimi dəniz sahilinə gəlib, burada sərinləyiblər. Amma son zamanlar dəniz sahilinin zəbt olunması insanların əsəbini dara çəkir. Hamımız bilirik ki, burda çimmək olmaz, insan sağlamlığına zərərlidir. Amma sahili təmiz ərazilər də zəbt olunub, otel-restoran tikilib.  Camaatın hamısının pulluya getməyə imkanı yoxdur axı. Mənim kimi təqaüdçü, əlbəttə, pulsuz yerə getməyə məcburdur. Diqqət edin, yüzlərlə adamın gəldiyi bu çimərliyə bir zibil qabı qoyublar. Tualet isə ümumiyyətlə yoxdu”,-deyə paytaxt sakini Əli Həsənov bildirdi.
Şıx çimərliyinin sahil zolağını gəzdikdə məlum olur ki,  “Çimmək qadağandır” elanı vurulan çimərliyin zəbt olunan ərazisidi. Bura genişlənmək, pulsuz sahə isə daralmaq üzrədir. Belə ki, çimərlik ərazisi dəmir və beton arakəsmələrlə hasarlanıb, yeni ağaclar əkilirdi.
Öyrəndik ki, Şıx çimərliyinin sahil zolağında yerləşən “Dostluq”, “Aysberq”, “Ramada”, “Ay işığı” otel və istirahət mərkəzlərinin ərazilərinə daxil olmaq üçün 2 və ya 5 manat ödəniş etmək lazımdır.
Xatırladaq ki, prezidentin 2007-ci il 20 iyun tarixli 2244 №-li “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamına əsasən dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görülməlidir.
(Bizimyol.info)
Kasıblar qadağan olunan çimərliklərə üz tutur
  - FOTOLARKasıblar qadağan olunan çimərliklərə üz tutur
  - FOTOLARKasıblar qadağan olunan çimərliklərə üz tutur
  - FOTOLARKasıblar qadağan olunan çimərliklərə üz tutur
  - FOTOLARKasıblar qadağan olunan çimərliklərə üz tutur
  - FOTOLARKasıblar qadağan olunan çimərliklərə üz tutur
  - FOTOLARKasıblar qadağan olunan çimərliklərə üz tutur
  - FOTOLAR

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment