Səhiyyə Nazirliyi həkimlə bağlı açıqlama verdi

Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı 26.06.2016-ci il tarixində Sumyıqat Şəhər Təcili Tibbi Yardım Xəstəxanmasına daxil olub.

“Xəstədə irinli, daşqınlı, öd kisəsinin cürüməsi prosesi olub, xəstə çox gecikdirilib, vəziyyətinə görə dərhal əməliyyata alınıb. Cərrah Cəfər Quliyev xəstəni əməliyyata alıb və əməliyyat 4-5 saat çəkib. Əməliyyat çox çətin keçib. Xəstə xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. 29.06.2016-ci il tarixində isə aparılan bütün yardımlara və cəhdlərə baxmayaraq, xəstə dünyasını dəyişib. Xəstənin yaxınları patoloji müayinədən kəskin şəkildə imtina ediblər”.

S.Əhmədova xəstə yaxınları tərəfindən həkim səhlənkarlığı ilə bağlı deyilən iddialara aydınlıq gətirib. “Patoloji Anatomiya müayinəsindən keçəndən sonra bilmək olardı ki, xəstənin ölümündə həkim səhlənkarlığı olub, yoxsa yox. Xəstənin yaxınları isə patoloji mümayinədən imtina ediblər”.

Qeyd edək ki, “Şöhrət” ordenli, 81 yaşlı həkim Cəfər Quliyev deputat Fərəc Quliyevin əmisidir./azvision

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment