Sabirabadda qardaş bacısını öldürdü

Azərbaycanda qardaş öz doğma bacısını öldürüb. Hadisə Sabirabad rayonunda qeydə alınıb.Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Balakənd kənd sakini, 1975-ci il təvəllüdlü Məhəmməd Fəxrəddin oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində doğma bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyə Fəxrəddın qızı Hüseynovanı bıçaqlayaraq öldürüb.

Polis İdarəsindən ANS PRESS-ə hadisəninin qısqanclıq zəminində baş verdiyini bildiriblər. Belə ki, qətlə yetirilən 32 yaşlı Şəmsiyyə bir müddət əvvəl ərindən ayrılıb və ata evinə qayıdıb. Bir müddətdən sonra isə Məhəmməd bacısı barəsində xoşagəlməz sözlər eşidib və qətl də məhz bu səbəbdən törədilib.

Öldürülən qadının iki azyaşlı övladı var.

Qətli törədən 41 yaşlı Məhəmməd Hüseynov hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub və günahını etiraf edib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda CM-nin 120.1.2 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sabirabad rayonunda oxşar ssenarili qətl hadisəsi bu ilin mart ayının 1-də də qeydə alınıb. Rayonun Qalağayın kəndində 26 yaşlı Famil Əlirza oğlu İbişov aralarında yaranan mübahisə zəminində bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə Əlirza qızı İbişovanın boğazını kəsib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Kənd sakinləri Famil İbişovun psixoloji problemləri olduğunu bildirmişdilər.
Dünyasını dəyişən qadın ailəli olub və qətldən bir müddət əvvəl boşanaraq ata evinə qayıdıb. Hadisə baş verən vaxt da evdə iki nəfərdən başqa heç kim olmayıb.

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment