Cəlilabadda bayraq sancılma mərasimi keçirilib

Cəlilabad rayonunda tarixi abidələrin qorunub tanınması məqsədiylə bayraq sancılma mərasimi keçirilib.

Kanal15.tv xəbər verir ki, bayraq sancılma mərasimi rayonun Musalı kəndi ərazisində yerləşən tarixi abidələrdən biri olan “Qazan köşkü”ndə keçirilib.

Belə ki, abidənin tanınması üçün “Qazan köşkü”nə Azərbaycanın bayrağı sancılıb.

Bayraqsancılma mərasimində rayonun Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəşad Salmanov, rayon Mərkəzi Kitabxanasının müdiri Elçin Hüseynov, tarxiçi-alim Elşad Əmənov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Cəlilabadda tarixi abidələrin qorunub-tanınması üçün 65 ədəd bayraq hazırlanıb. Həmin bayraqlar rayon ərazisindəki bütün tarixi abidələrə sancılacaq.

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment