Qıvrım saçlara necə qulluq etmək olar?
Belə saçların asan daranması və qırılmaması üçün bir neçə qaydaya əməl etmək lazımdır.
Bu məsləhətləri mütləq yadda saxlayın!
Özünüzə uyğun şampunu tapın.
Seçdiyiniz şampunun qablaşdırmasında qıvrım saçlılar üçün istehsal edildiyi qeyd olunmalıdır. Nəmləndirmə xüsusiyyəti olan şampunlara üstünlük verin. Zeytun və badam yağı ehtiva edən şampunlar məsləhətdir.
Saçınızı hamamda darayın.
Saçlarınızın qabarmasını istəmirsinizsə, saçlar islaq halda ikən balzam çəkin. Daha sonra saçlarınızı darayın.
Saç fenindən istifadə etməyin.
Qıvrım saçlıların ən böyük problemi kövrək saç telləridir. Saç fenindən istifadə etmək saç tellərinin nəmsiz qalmasına səbəb olur. Bu isə saçların qabarması, saç tellərinin qırılıb tökülməsi ilə nəticələnir. Ona görə də saçların təbii şəkildə quruması vacibdir.
Yatmazdan öncə saçlarınızı toplayın.
Qıvrımların səliqəli qalması üçün gecələr yatmazdan öncə saçınızı toplamalısınız. Bu zaman rezin saç lentlərindən istifadə etməyin. Pambıqdan hazırlanmış saç bandı ilə toplamaq olar.
Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment